Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:43

Putin Rusiya pasportları ilə bağlı daha bir fərman imzaladı


Vladimir Putin Təhlükəsizlik Şurasının iclasına sədrlik edir

Prezident Vladimir Putin Ukraynada yaşayanlar və sovet dövrü mühacirlərinin Rusiya pasportu və vətəndaşlığı almasını sürətləndirməklə bağlı fərman imzalayıb.

Fərman mayın 1-də Kremlin vebsaytında dərc olunub. Bir həftə öncə isə Putin Ukraynanın şərqində yaşayanların Rusiya pasportu almasını sadələşdirən fərman vermişdi.

Yeni fərmanla Ukrayna vətəndaşları və uşaqlarının Rusiya pasportu alması sadələşdirilir. Bu, vaxtilə Krımda yaşamış, Rusiya 2014-cü ildə yarımadanı ilhaq etməzdən öncə köçüb getmiş şəxslərə də aiddir.

Sovet vaxtı Krımdan getmiş şəxslərin törəmələri, qohumları da Rusiya pasportlarını əldə edə biləcəklər. Onların çoxu sovet diktatoru Josef Stalinin əmriylə 1944-cü ildə Özbəkistana deportasiya olunublar.

Volodymir Zelenskiy Ukrayna prezidenti seçiləndən bir neçə gün sonra Putin Ukraynanın şərqindəki Luqansk və Donetsk regionlarında yaşayanların Rusiya vətəndaşlığı almasını asanlaşdıran fərman imzaladı. Ukrayna və Qərb bu addımı kəskin pislədi.

XS
SM
MD
LG