Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Drujba kəmərinə yenidən ‘təmiz’ Rusiya nefti vurulub


Vladimir Putin (solda) və Nikolai Tokarev
Vladimir Putin (solda) və Nikolai Tokarev

Belarusun Belneftekhim dövlət neft nəqliyyatı şirkəti bildirir ki, Drujba kəməri ilə ölkə ərazisinə “təmiz” Rusiya nefti daşınmağa başlanıb. Neft nəqli bir həftə idi Rusiya neftinin çirklənməsi üzündən dayanmışdı.

Belneftekhim-in mayın 2-də yaydığı bəyanatda deyilir ki, Rusiya nefti kəmərlə ölkənin cənub-şərqindəki Mozır neft emalı zavoduna nəql olunmaqdadır.

***

Transneft neftin çirklənməsinə görə kiçik şirkəti günahlandırır

Rusiyanın Transneft şirkəti neftin çirklənməsinə görə kiçik özəl şirkətin məsuliyyət daşıdığını deyir. Neftin çirklənməsi Avropanın bir sıra ölkələrinə ixracın dayanmasına səbəb olub. Transneft deyir ki, məsələ araşdırılmalıdır.

Şirkətin rəhbəri Nikolai Tokarev aprelin 30-da Moskvada Prezident Vladimir Putin-lə görüşü zamanı çirkli neftin daşınmasına görə Samara regionunda bir şirkətin məsuliyyət daşıdığını vurğulayıb.

O, şirkətin adını çəkməyib, ancaq onun Drujba kəməri ilə Belarusa təmizlənməmiş neft göndərdiyini bildirib, bunun “təmiz fırıldaq” olduğunu deyib.

Onun sözlərinə görə, şirkət “Ulyanovsk, Orenburq və Samara regionlarındakı kiçik hasilatçılardan nefti yığaraq kəmər sisteminə yönəldir”.

Aprelin 26-da neft şirkətləri rəsmiləri Minskdə çirkli neft məsələsini müzakirə ediblər
Aprelin 26-da neft şirkətləri rəsmiləri Minskdə çirkli neft məsələsini müzakirə ediblər

Rusiyanın imicinə ziyan dəyib

Putin deyib ki, bu insident Rusiyanın neft ixracatçısı kimi imicinə, həm də neft infrastrukturuna “ciddi ziyan” vurub.

Aprelin 25-də Belarus, Polşa, Almaniya və Slovakiya neftin qəbulunu dayandırıb. Kəmərin ilk çatdırılma nöqtəsi olan Belarus çirkli neftin emal zavodlarına ziyan vurduğunu deyərək neft qəbulunu dayandırmışdı. Digər ölkələr də belə ediblər.

Transneft neft göndərişlərinin aprelin 30-dan bərpa olunduğunu açıqlayıb.

Slovakiyanın Slovnaft şirkəti isə elə həmin gün bildirib ki, Drujba kəməri ilə təmiz Rusiya neftinin göndərilməsi mayın ortasından bərpa olunacaq, Rusiyanın Energetika Nazirliyi ilə razılaşma əldə olunub.

İxrac kəmərlərində 5 milyon tonadək çirkli neftin qaldığı bildirilir. Belarus çirkli nefti Rusiyaya dəmiryolu vasitəsilə qaytarır.

Uzunmüddətli fasilə Şərqi Avropa və Almaniyadakı emal zavodlarının əməliyyatları, Moskvanın isə neft hasilatını azaltmasına səbəb ola bilər.

Ancaq hələlik, ziyanın miqyası aydın deyil.

Belarus Rusiyadan aldığı xam nefti emal edərək məhsula çevirir və xaricə satır. Minsk məhsul ixracının azalmasının 100 milyon dollarlıq itkiyə səbəb olduğunu açıqlayıb.

Bu itkiyə kimin məsuliyyət daşıyacağı da bəlli deyil.

Drujba kəməri ilə günə 1 milyon barrel, qlobal xam neft tələbatının 1 faizi qədər neft vurulur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG