Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:07

Butina ABŞ-ın ədliyyə sistemini tənqid edir


Maria Butina

Birləşmiş Ştatlarda 18 aylıq həbsə məhkum etmiş rusiyalı Maria Butina ABŞ-ın ədliyyə sistemini sərt tənqid edib, həbs cəzasını “tamamilə absurd”, “biabırçılıq” adlandırıb. O, Rusiya hökumətinin agenti kimi qeydiyyatdan keçmədiyini boynuna almışdı.

Aprelin 30-da ABŞ həbsxanasından rusiyalı reportyorlara telefonla danışan Butina deyib ki, “belə bir ağır cəza gözləmirdi”.

“Bu, tamamilə absurddur. Bu, ABŞ-ın ədliyyə sistemi üçün böyük biabırçılıqdır”, – o vurğulayıb.

Butina-nın sözlərinə görə, məhkəmə onun ailəsini 40 milyon rubl (618 min dollar) borca salıb və bu pulu ödəməyə ona kömək lazımdır.

“Bizə pul çox lazımdır”, – o söyləyib.

Butina gileylənib ki, Çinə sirləri satmaqda təqsirli bilinsəydi, yenə oxşar cəzaya məhkum edilərdi.

Vaşinqtonda federal məhkəmə Butina-nı aprelin 26-da məhkum edib. O, həbs cəzasını bitirən kimi Rusiyaya deportasiya olunacaq.

İttihamnaməyə görə, Vaşinqtonda Amerika Universitetində təhsil aldığı zaman və ondan öncə o, Birləşmiş Ştatların mühafizəkar siyasi qrupları ilə əlaqələr yaratmağa çalışıb. Nüfuzlu Milli Silah Assosiasiyası da həmin qruplar sırasında olub. Onun Kremlə bağlı bir deputat adından əlaqə yaratmağa çalışdığı bildirilir.

Butina dekabrda təqsirini boynuna alıb və müstəntiqlərlə əməkdaşlığa razılaşıb. O, saxlanandan bəri həbsdə idi.

XS
SM
MD
LG