Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:35

İ.Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib


C.Kent İ.Əliyevin qəbulunda

Prezidenti İlham Əliyev aprelin 30-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini ​Corc Kenti qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, əlaqələrin siyasi, iqtisadi, ticarət, enerji, təhlükəsizlik və digər sahələrdə genişləndiyini vurğulayıb.

Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətində olduğunu deyən dövlət başçısı son dövrlər ərzində qarşılıqlı təmasların və tədbirlərin əhəmiyyətini vurğulayıb.

Keçən ilin oktyabrında Azərbaycana səfərini xatırlayan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini ​C.Kent deyib ki, bu səfərinin də məqsədi ikitərəfli əlaqələrdə olan müsbət dinamikanı davam etdirməkdir.

Görüşdə dövlət başçısı İ.Əliyev ABŞ prezidenti Donald Trampın «Cənub Qaz Dəhlizi» layihəsinə (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə layihə tam işə düşməlidir-red.) göstərdiyi dəstəyi yüksək dəyərləndirib.

C.Kent də, öz növbəsində, Azərbaycanın Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində NATO üzvlərinə, o cümlədən ABŞ-a tranzit-logistika dəstəyinə görə minnətdarlığını ifadə edib.

«Söhbət zamanı ölkəmizin demokratik inkişafı, məhkəmə-hüquq sistemi və sosial-iqtisadi sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparılıb», - rəsmi saytın açıqlamasında vurğulanır.

Multimedia

XS
SM
MD
LG