Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:26

Bakıda Formula-1-ə start verilir


Formula-1

Bu gün, aprelin 26-da Bakıda Formula-1 üzrə dünya çempionatının dördüncü – SOCAR Azərbaycan Qran-pri yarışlarına start veriləcək.

10 komandadan 20 pilotun mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada həmçinin, «Paddok klub», komandaların boksları və pit-leyn qurulub.

Aprelin 26-da Formula-1 və Formula-2 üzrə sərbəst yürüşlər təşkil olunacaq. Aprelin 27-də Formula-1 üzrə sərbəst və sıralama yürüşü, Formula-2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – aprelin 28-də Formula-1 SOCAR Azərbaycan Qran-prisi, həmçinin, Formula-2 üzrə ikinci yürüş baş tutacaq.

Formula-1 yarışları ilə bağlı Bakının bir çox mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.17 marşrut dəyişdirilib.

Xatırlatma

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir.

Bu il tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan bu yarışlara hələ 2023-cü ilə qədər ev sahibliyi edəcək.

Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır.

Multimedia

XS
SM
MD
LG