Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:40

Minskdə neftin çirklənməsini müzakirə edirlər


Belarusda Gomel Transneft neftvurma stansiyası
Belarusda Gomel Transneft neftvurma stansiyası

Rusiyanın Enerji Nazirliyinin rəsmiləri aprelin 26-da Minskdə Rusiya, Belarus, Polşa və Ukraynanın neft nəqliyyatı şirkətləri ilə görüş keçirir. Onlar Drujba kəməri ilə daşınan Rusiya neftinin çirklənməsini müzakirə edirlər.

Nazirlik rəsmiləri Rusiyanın Transneft, Belarusun Belneftekhim, Polşanın PERN və Ukraynanın Ukrtransnafta şirkətlərinin təmsilçiləri ilə görüşür.

Rusiyanın Energetika Nazirliyi aprelin 26-da bəyanatında bildirib ki, çirklənmə məsələsini həll etməyə çalışır.

Slovakiya da aprelin 26-da daha Rusiyadan neft qəbul etmədiyini açıqlayıb. Ukrtransnafta bundan sonra Ukrayna ərazisindən tranziti dayandıracağını bildirib.

Ukrtransnafta həmçinin Drujba kəmərinin “tamamilə bağlana biləcəyi” ilə əlaqədar xəbərdarlıq edib.

Drujba kəmərinin Belarus hissəsində təmir işləri, arxiv fotosu
Drujba kəmərinin Belarus hissəsində təmir işləri, arxiv fotosu

Belneftekhim-in direktor müavini Uladzimer Sizou aprelin 26-da bəyan edib ki, şirkətə dəyən itki 100 milyon dollar yaxındır.

Neftin xlorla çirkləndiyi açıqlanıb.

Neft sənayesi təhlilçisi Michael Lynch Rusiyadan neft göndərişlərinin dayandırılmasını “tamamilə qəribə hal” adlandırıb.

Lynch deyib ki, xlorla çirklənmə “Rusiyanın emal zavodunda texniki problemlər”lə bağlı ola bilər.

“Bu, bazarlarda əsəbilik yaradıb, ancaq görünür, durum sürətlə yoluna qoyula bilər”, – Lynch vurğulayıb.

***

Belarusla Polşa Rusiya neftinin qəbulunu dayandırır

Polşa və Belarus Rusiya neftinin sovet dövründən qalma Drujba kəməriylə qəbulunu dayandırıb. Onlar deyirlər ki, Polşa və Almaniyadakı qərb alıcıları Rusiyanın xam neftini ala bilməzlər, çünki o çirklənib və keyfiyyəti aşağıdır.

Belarus hələ aprelin 19-da Drujba kəməri ilə Rusiyadan gələn neftin keyfiyyətinin kəskin pisləşdiyini elan etmişdi. Çirklənmənin mənbəyinin Rusiya daxilində, kəmərin Samara- Uneça hissəsində baş verdiyi bildirilirdi.

Hüquqi iddialar yarana bilər

Kəmərin Belarusdakı operatoru – Gomeltransneft Druzhba göndərişlərin “qeyri-müəyyən” müddətə kəsildiyini bildirib.

***Buna da bax: Belarus bəzi ölkələrə benzin və dizel yanacağı ixracını dayandırıb

Gomeltransneft Druzhba aprelin 25-də deyib ki, Rusiya neftini Çexiya Respublikası, Slovakiya və Macarıstana kəmərin Ukraynadan keçən hissəsi ilə göndərməkdədir.

Ancaq Polşa ərazisindən göndərişlərin dayandırılması o deməkdir ki, Polşa və Almaniyadakı böyük emal zavodları Drujba kəmərilə Rusiya neftini daha ala bilmirlər. Bu sırada Polşanın PKN Orlen emal zavodları və Almaniyada Total, Shell, BPRosneft-ə məxsus zavodlar var.

Qərbdəki neft alıcıları aprelin 25-də “Reuters”ə deyiblər ki, neft axınının kəsilməsi rusiyalı təchizatçılara qarşı hüquqi iddialara yol açar, onlar da öz növbəsində kompensasiya üçün ölkənin Transneft neft monopolistinə üz tuta bilərlər.

Drujba kəməri dünyanın ən uzun neft kəməri, dünyanın ən böyük neft kəməri şəbəkələrindən biridir.

İlkin olaraq keçmiş Sovet İttifaqının qərb hissəsinə və Şərqi Avropadakı keçmiş sovet ölkələrinə neft təchizatı üçün tikilib. Hazırda isə Rusiya və Qazaxıstan neftinin Avropaya nəqlində əsas ixrac marşrutudur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG