Keçid linkləri

Təcili xəbərlər
2019, 24 May, Cümə, Bakı vaxtı 19:26

Belarus bəzi ölkələrə benzin və dizel yanacağı ixracını dayandırıb


Mozır neft emalı zavodunun tankerləri

Belarus Polşa, Ukrayna, Baltik ölkələrinə benzin və dizel yanacağı ixracını dayandırıb. Səbəb Rusiyanın keyfiyyətsiz neftidir. Bu haqda “Interfax” agentliyinə Belarus Neft Şirkətinin baş direktor müavini Sergei Grib deyib.

Aprelin 19-da Belarusun “Belneftexim” konserni Rusiyadan gələn neftin keyfiyyətinin kəskin pisləşdiyini bəyan edib. Şirkət bu səbəbdən digər ölkələrə neft məhsulları göndərməyi azaldıb.

Aprelin 22-də isə Mozır neft emalı zavodunun rəhbərliyi bildirib ki, keyfiyyətsiz xam neftə görə bahalı avadanlıq sıradan çıxıb.

Çirklənmə mənbəyi Samara vilayətində, Belarusla sərhədin 1500 kilometrliyində aşkarlanıb.

Rusiyanın Energetika Nazirliyi isə öz növbəsində göndərilən neftin keyfiyyətinin tezliklə yaxşılaşacağını vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG