Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:08

Meydan TV-nin şikayəti təmin edilməyib


Meydan TV

Bakı Apellyasiya Məhkəməsi aprelin 23-də Meydan TV-nin saytının bloklanması ilə bağlı şikayətini təmin etməyib.

Hakim Etibar Nəbiyevin sədrlik etdiyi prosesdə birinci məhkəmə instansiyasının qətnaməsi qüvvədə saxlanılıb.

Bu barədə Meydan TV məlumat yayıb.

Səbail Rayon Məhkəməsi 2017-ci il mayın 12-də Meydan TV-nin bloklanması haqda qərar çıxarmışdı. Həmin vaxt Səbail Rayon Məhkəməsinin qərarıyla eyni zamanda AzadlıqRadiosunun azadliq.org, «Azadlıq» qəzetinin azadliq.info, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və «Azərbaycan saatı» televiziya proqramının azerbaycansaati.org saytları da bloklanmışdı.

Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Xatırlatma

2017-ci il martın 10-da Milli Məclisin plenar iclasında «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi» və «Telekommunikasiya haqqında» qanunlara dəyişikliklə internet resurslarının rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Həmin tarixdən bəri qeyd edilən media orqanlarından başqa, daha bir çox saytlara Azərbaycandan giriş məhdudlaşdırılıb. Onlar bunu Azərbaycanda media azadlığına basqılar kimi dəyərləndiriblər. Rəsmi şəxslər isə belə fikirləri bölüşmürlər.

Multimedia

XS
SM
MD
LG