Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:07

Bəzi yollarda hərəkət məhdudlaşdırılıb


Bakıda Formula-1

Bu gün, aprelin 22-də Formula-1 Azərbaycan Qran-pri yarışları ilə əlaqədar paytaxtda, Bakı Şəhər Halqası (BŞH) üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Məhdudiyyətlər Neftçilər, Ü.Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov, Lermontov, Əhməd Cavad, İstiqlaliyyət, Bünyat Səfərov, Şeyx Şamil, Bülbül, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev, Niyazi küçə və prospektlərinə, onlarla kəsişən başqa yollara tətbiq edilib.

Yarışlarla əlaqədar həmin küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Avtobuslar alternativ küçələrdən istifadə edəcək. Bu, yarışlar başa çatana kimi davam edəcək.

Xatırlatma

Azərbaycanda Formula-1 yarışları 2016-ci ildən keçirilir.

Bu il tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan bu yarışlara hələ 2023-cü ilə qədər ev sahibliyi edəcək. Bu il yarışların 26-28 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur.

Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir. Hakimiyyət rəsmiləri isə vurğulayır ki, bu yarışlar həm turistlərin sayına, həm də ölkənin imicinə müsbət təsir edir.

Multimedia

XS
SM
MD
LG