Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

'Chevron' və 'ExxonMobil'in yeri tutulur


Chevron

Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokunun işlənməsi layihəsinin başqa iştirakçıları «Chevron» və «ExxonMobil»in layihədəki səhmlərinin satışına dair tenderdə iştirak etmək niyyətindədirlər.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev danışıb. Onun sözlərinə görə, indiyədək bu layihədən böyük dividentlər əldə olunub.

Ötən ilin dekabrında «ExxonMobil» AÇG-dəki 6.79 , «Chevron» isə 9.57 faizlik payını satmaq niyyətində olduqlarını bildirmişdi.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları müxtəlifdir. BP 30.37, SOCAR 25, «Chevron» 9.57, INPEX 9.31, «Equinor» 7.27, «ExxonMobil» 6.79, TPAO 5.73, ITOCHU 3.65 və «ONGC Videsh Limited» (OVL) 2.31 faiz paya malikdir.

Xatırlatma

AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü Sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb.

AÇG Azərbaycanın ən böyük yataqlar blokudur. İndiyə kimi blokdan 3.5 milyard barrel (474 milyon ton) neft hasil olunub. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.

Multimedia

XS
SM
MD
LG