Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:34

Dolu düşəcəyi gözlənir


Dolu

Aprelin 18-də Bakı və Abşeron yarımadasında gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-11, gündüz 12-15, Bakıda gecə 9-11, gündüz 12-14 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının leysana keçəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-4, gündüz 5-9 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG