Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 17:35

Ali Məhkəmənin sədri: '...Jurnalistlərə mane olmaq düzgün deyil'


R.Rzayev

«Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq düzgün deyil».

«Report» xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev aprelin 17-də keçirdiyi mətbuat konfransında deyib.

«İstənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər. Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclasları var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclaslardır», - deyə R.Rzayev əlavə edib.

Xatırlatma

Son illər Azərbaycanda bəzən jurnalistlər açıq məhkəmə prosesinə belə buraxılmayıblar. Bu, əsasən, iclasların keçirildiyi zalın balaca olması, orada yerin olmaması ilə izah edilir. Belə hallardan daha çox müstəqil və müxalif jurnalistlər şikayətlənirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG