Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Yaşayış binalarında hostel açmaq mümkün olmayacaq


Moskvada hostel
Moskvada hostel

Rusiya Prezidenti Vladimir Putin yaşayış binalarında hostel açılmasını qadağan edən qanun imzalayıb.

Bu sənədlə Mənzil Şəraiti Məcəlləsinə dəyişik edilir və bu il oktyabrın 1-dən qüvvəyə minir.

Qanun layihəsi Federasiya Şurasından dərhal keçməyib, sənəd yenidən işlənmək üçün Dövlət Dumasına göndərilib. Senatorlar qanunun qüvvəyə minməsini 2020-ci il yanvarın 1-nə keçirmək istəyirdilər.

İlkin olaraq qanunun imzalanandan 10 gün sonra qüvvəyə minməsi təklif olunurdu. Ona görə də senatorlar yeni tarixi kompromis variant sayaraq onu qəbul elədilr.

Moskvada hostel
Moskvada hostel

Moskvada hostellərin 40 faizi...

Moskvada hostellərin 40, Sankt Peterburqda isə 80 faizinin yaşayış binalarında yerləşdiyi bildirilir.

Sözügedən layihə Dumaya 2015-ci ilin sentyabrında təqdim olunub. O zaman qadağan təklifi hostellərin tarixi binalara ziyan vurması, kirayənişinlərin isə binaların daimi sakinlərinə mane olması ilə əsaslandırılırdı.

Layihə 2016-cı ilin mayında birinci oxunuşda qəbul olundu.

2017-ci ilin oktyabrında hakim “Vahid Rusiya” partiyasından deputatlar Aleksandr SidyakinPavel Kachkaev layihəni yumşaltmağı təklif etdilər. Təklif olunurdu ki, yaşayış binalarında hostel açmağa icazə verilsin, bundan ötrü bina sakinlərinin yarısının razılığı alınsın və sanitar normalara əməl olunsun.

2018-ci ilin aprelində hökumət layihəyə dəyişikliklər etdi, hostellərin yalnız mülkiyyətçilər məclisinin icazəsiylə açılmasına icazə vermək təklif olundu.

Bu ilin fevralında isə Dumanın yaşayış-kommunal təsərrüfatı komitəsi layihəni ilkin konsepsiyada qəbul etməyi tövsiyə elədi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG