Keçid linkləri

Təcili xəbərlər
2019, 24 İyul, çərşənbə, Bakı vaxtı 10:49

Ötən ilki qəbulla bağlı cinayət işi açılıb


DİM

Dövlət İmtahan Mərkəzinin (DİM) şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Bu barədə bu gün, aprelin 16-da DİM-in saytında idarəyə istinadən məlumat yayılıb.

Həmin məlumatda bildirilir ki, 2018-ci ildə keçirilən qəbul imtahanlarında imtahanda iştirak etməli olan abituriyentlərin əvəzinə başqalarının iştirakına şərait yaradan şəxslər saxlanıb.

«Faktla bağlı Göygöl sakini Təbib Alışanlı və Gəncə sakini İbadət Novruzov cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxslər rəsmi sənədləri saxtalaşdırmağa cəhd ediblər. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.2.3-cü (dələduzluq; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb», - açıqlamada yazılıb.

Məlumatda vurğulanıb ki, ötən il qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmağa cəhd etməsi halı aşkar olunduqdan sonra DİM araşdırma aparıb və məsələyə hüquqi qiymət verilməsindən ötrü müvafiq orqanlara təqdim olunub.

Bu açıqlamaya, hələlik, cinayət məsuliyyətinə cəlb edilən şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG