Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:16

Dolu düşə bilər


Dolu

Aprelin 16-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 16-da Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bölgələrinə arabir yağış yağacağı gözlənir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 8-13, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG