Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:25

Pashinian-ın dayısı oğluna cinayət işi açılıb


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın istintaq komitəsi Baş nazir Nikol Pashinian-ın yaxın qohumuna açılmış cinayət işinin istintaqına başlayıb. Bu iş Milli Təhlükəsizlik Xidmətindən alınıb.

Baş nazirin qohumu bu ilin fevralında “Dilican” milli parkının direktor müavinidir. O, sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.

İstintaq Komitəsinin ilkin məlumatına görə, sözügedən qohum bu ilin fevralında milli parkın kadrlar şöbəsinə Ermənistan kənd təsərrüfatı institutunun saxta diplomunu təqdim edib. Diplom “kənd təsərrüfatının mexanikləşdiriməsi”, mühəndis-mexanik dərəcəsi üzrə verilib. O, direktorun müavini təyin edilib.

Bu haqda ilk dəfə Facebook səhifəsində Pashinian özü yazıb. “Şübhəsiz, hərtərəfli təhqiqat aparılacaq, günahkarlar qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunacaq. Burası yeni Ermənistandadır və baş nazirin heç bir qohumu qanundan üstün tutula, imtiyazlı sayıla bilməz”, – o vurğulayıb.

Yerevanda antihökumət etirazları, 8 may, 2018-ci il
Yerevanda antihökumət etirazları, 8 may, 2018-ci il

Azatutyun radiosu baş nazirin qohumuyla əlaqə saxlayıb. Onun Pashinian-ın dayısı oğlu Mamikon Ovannisyan olduğu üzə çıxıb.

Ovannisyan deyib ki, təhqiqat aparıldığı müddətdə bu mövzuda danışmaq istəmir. O, qohumu olan baş nazirdən incimədiyini, hamının qanun qarşısında bərabər olması fikrilə razılaşdığını söyləyib.

“Çox yaxşı yanaşıram. Qanun pozulursa, hamı cavab verməlidir. Ermənistan vətəndaşlarının hamısı qanun qarşısında bərabərdir, o cümlədən də mən”, – o deyib və istintaq bitincə daha detallı danışacağını söyləyib.

Baş nazir qohumu barədə AŞPA tribunasındakı çıxışı zamanı da danışıb. İnqilabdan sonra Ermənistanda korrupsiyayla mübarizəyə toxunarkən Pashinian deyib ki, öz qohumlarına da yazığı gəlmir.

“Cəmi 10 gün öncə yaxın qohumlarımdan birinə cinayət işi qaldırılıb. Təqsirsizlik prezumpsiyasını pozmaq istəmirəm, ancaq bu fakt... bir daha göstərir ki, biz bu yolla inamla addımlayırıq”, – Baş nazir vurğulayıb.

Sənəd saxlatalaşdırılması, saxta sənədlərdən istifadəyə görə minimum əməkhaqqının 200-400 misli məbləğində cərimə, yaxud 2 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG