Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyun, çərşənbə, Bakı vaxtı 17:20

Tuvada məhbəsdən qaçan 9 dustaqdan 4-nü tutublar


İllüstrativ foto

Aprelin 14-də Tuva respublikasında təcridxanadan 9 məhbus qaçıb, artıq polis onlardan dördünü saxlayıb.

“Operativ qərargah işləyir, respublika ərazisində axtarış işlərinə 100-dən artıq əməkdaş cəlb olunub”, – Daxili İşlər Nazirliyinin region üzrə bölməsinin rəis müavini Oleg Dyachenko deyib.

O, Moskvada DİN əməkdaşlarının da Tuvaya ezam olunduğunu vurğulayıb.

Məhbuslar təcridxanadan anbara mal daşımağa aparılarkən qaçıblar. Onlardan ikisi polis əməkdaşını bıçaqla yaralayıb.

Qaçan məhbuslar içində sağlamlığa ağır zədə yetirmək, oğurluq, qətl üzrə saxlananlar var.

İnsident üzrə cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG