Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Trump-ın seçki komandası 3 aya 30 milyon dollar yığıb – Qərb mediası


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump-ın seçki komandası 2020-ci ilin prezident seçkisi kampaniyası üçün 3 ay ərzində 30 milyon dollar yığıb. Bu, demokratlardan namizədliyə iki aparıcı iddiaçının yığdığından çoxdur.

Ötənilki ianələri də nəzərə alanda 44 milyon dollar toplanıb. Bu, seçki kampaniyasının ilkin dövrü üçün görünməmiş məbləğdir. İanələrin 99 faizinin məbləği 200 dollar, yaxud ondan azdır, ortalama ianə həddi isə 34 dollardır.

Demokratların liderləri – senatorlar Bernie SandersKamala Harris isə birlikdə 30 milyon dollar yığa biliblər.

Bernie Sanders
Bernie Sanders

Sanders 18,2 milyon dolları Trump-dan az müddətə – 41 günə yığıb. Harris isə 12 milyon dollarlıq ianə toplayıb.

Trump-ın “strategiyası mümkün qədər çox pul yığmaq və milli söhbəti nəzarətdə saxlamaqdır”, – “Inside Elections” seçki təhlili nəşrinin redaktoru Nathan Gonzales CNN-ə deyib.

Ancaq həm Gonzales, həm də demokratların strategikləri bu fikirdədirlər ki, demokratlar üçün ianənin yığılma mənzərəsi bu partiyanın donorlarının enerjili olduğunu, seçkiyə böyük pullar yönəldə biləcəklərini göstərir.

Vaxtilə prezident Barack Obama ikinci müddətə seçilmək üçün fəal kampaniyaya başlayanda ilk üç ay ərzində 47 milyon dollara yaxın ianə yığa bilmişdi.

Sudanda etirazçılar mülki idarəçilik istəyir

Bazar günü Sudanda etirazçılar hərbi liderlərin hakimiyyəti “dərhal” mülki hökumətə təhvil verilməsini tələb ediblər. Onların tələbinə görə, bu hökumət devrilmiş lider Omar al-Bashir-i dərhal məhkəmə qarşısına çıxarmalıdır.

Sudanda etirazçı
Sudanda etirazçı

Paytaxt Xartumda ordunun qərargahı qarşısında minlərlə etirazçı düşərgə salıb. Onlar ötən həftə hakimiyyəti ələ almış hərbi şuraya təzyiqi saxlamağa çalışırlar.

Etirazlara rəhbərlik etmiş Sudan Peşəkarlar Assosiasiyası şuranı “hakimiyyəti dərhal mülki hökumətə transfer etməyə” çağırıb.

Hərbi şura isə mətbuat konfransı keçirərək yeni kəşfiyyat rəhbərinin təyin edildiyini açıqlayıb.

Daha öncə şura siyasi partiyalarla görüşərək onları baş nazir postuna “müstəqil fiqur”un təyin olunmasıyla bağlı razılığa gəlməyə çağırıb. Bunu “Frans Pres” agentliyinin toplantıda iştirak edən müxbiri xəbər verir.

Etirazçılar isə vətəndaş cəmiyyəti təmsilçilərinin də hərbi şuraya üzvlüyünü tələb edirlər.

Şənbə günü axşam keçirilən görüş zamanı 10 nəfərdən ibarət nümayəndə heyəti şurayla danışıqlarda tələblərini səsləndirib.

Xarici İşlər Nazirliyi isə beynəlxalq ictimaiyyəti “Sudanın demokratik keçid hədəfinə çatması üçün” hərbi şuranı dəstəkləməyə çağırıb.

Qırmızı Xaç itkin əməkdaşlarını axtarır

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Suriyada beş il öncə oğurlanmış üç əməkdaşı ilə bağlı məlumat istəyir. “Reuters” yazır ki, həmin əməkdaşların sonuncu dəfə İslam Dövləti (İŞİD) qruplaşmasının əlində olduğu bildirilirdi.

Suriyada BMT və BQXK maşınları
Suriyada BMT və BQXK maşınları

BQXK bildirir ki, itkin əməkdaşlar Yeni Zelandiyadan tibb bacısı Louisa Akavi və suriyalı sürücülər Alaa RajabNabil Bakdounes olub.

ABŞ-ın dəstəklədiyi qüvvələr ötən ay İŞİD-in Suriyada sonuncu məkandan da çıxarıldığını, qruplaşmanın 2014-cü ildə İraq və Suriyada elan etdiyi xilafətə son qoyulduğunu bəyan edib.

“Məlumatı olan hər kəsdən onu paylaşmağı xahiş edirik. Həmkarlarımız hələ də saxlanırsa, onların dərhal və qeyd-şərtsiz buraxılmasına çağırırıq”, – BQXK bəyanatında vurğulayıb.

“Əldə etdiyimiz son etibarlı informasiyaya görə, Louisa 2018-ci ilin sonunda sağ idi. BQXK Alaa və Nabil haqda informasiya əldə edə bilməyib, onların taleyi bəlli deyil”, – qurum bildirir.

Sözügedən üç şəxs 2013-cü ilin oktyabrında İdlibdə tibbi obyektlərə təchizat çatdırarkən saxlanıblar. Onlarla birlikdə saxlanmış dörd nəfər ertəsi gün buraxılmışdı.

XS
SM
MD
LG