Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:10

Khamenei daşqınlara görə pul ayırmağa razılıq verdi


Xuzestan vilayətində daşqın
Xuzestan vilayətində daşqın

İranın Ali dini lideri Ayətulla Ali Khamenei ölkənin Milli İnkişaf Fondundan daşqınlardan sonra yardım və bərpa işinə 2 milyard dollar ayrılmasını təsdiqləyib. Məlumatı dövlət mediası aprelin 15-də yayıb.

“Başqa mənbələr mümkün deyilsə, Milli İnkişaf Fondundan istifadəyə icazə verilir”, – Ayətulla Ali Khamenei Prezident Hassan Rohani-yə məktubunda yazıb.

Ancaq Khamenei hökuməti fonddan vəsaiti çıxarmazdan öncə yardım və yenidənqurma işlərinə digər büdcə mənbələrindən pul axtarmağa səsləyib.

Khamenei-nin məktubunda məbləğ göstərilməsə də, Fondun rəhbəri Morteza Shahidzadeh daha öncə demişdi ki, Rohani 2 milyard dollar istəyib və Khamenei principcə buna razılaşıb.

Cenevrədə isə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri aprelin 15-də bildirib ki, daşqınlardan sonra 2 milyon iranlının humanitar yardıma ehtiyacı var.

***

Daşqınlar İrana 2,2 milyard dollar ziyan vurub

İranda leysan yağışlardan sonra daşqınlarda 76 nəfər həlak olub, ölkəyə son bir neçə həftə ərzində 2,2 milyard dollar ziyan dəyib. Bunu rəsmilər deyir.

Xuzestan vilayətində beş, İlam vilayətində isə daha bir nəfərin ölümüylə ölü sayı 76-ya çatıb.

Daşqın ilk öncə İranın şimal-şərqində dağıntılar törədib, yüzminlərlə adam şəhərlərdən, kəndlərdən çıxarılıb.

Binalara, yollara, infrastruktura, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Şiə döyüşçülər Xuzestan vilayətinə yardıma gedir
Şiə döyüşçülər Xuzestan vilayətinə yardıma gedir

25 vilayət ziyan çəkib

“Daşqınlar 31 vilayətdən 25-nə, ölkədə 4 min 400-dən çox kəndə ziyan vurub”, – Daxili işlər naziri Abdolreza Rahmani-Fazli parlamentdə söyləyib. Məlumatı rəsmi IRNA xəbər agentliyi yayıb.

O, daşqınların ölkəyə 300-350 trilyon rial, yəni 2,2-2,6 milyard dollar ziyan vurduğunu bildirib.

Nəqliyyat naziri Mohammad Eslami deputatla deyib ki, ölkədə 725 körpü dağılıb, 14 min kilometrdən artıq yol ziyan çəkib.

Prezident Hassan Rohani daşqın bölgələrinə kompensasiya vəd edib, amma ölkə büdcəsinin ABŞ-ın sanksiyalarından dolayı onsuz da gərginlik yaşayır.

Daşqın bölgəsində qadınlar
Daşqın bölgəsində qadınlar

İran investisiya fondunun rəhbəri Morteza Shahidzadeh-in sözlərinə görə, daşqın ərazilərində yenidənqurma işlərinə 2 milyard dollar ayrılması üçün prezident Ali dini lider Ayətulla Ali Khamenei-nin icazəsini istəyib.

İran artıq qonşu ölkələrdən yardım qəbul edib. Fransa aprelin 13-də 210 çadır və 114 nasos ianə edib.

Tasnim xəbər agentliyinin aprelin 14-də bildirməsinə görə, şiə döyüşçüləri olan 50 maşından ibarət karvan yardım üçün İranın qərbinə yollanıb.

Dana öncə İranın Bağdaddakı səfiri Iraj Masjedi demişdi ki, yüzlərlə iraqlı döyüşçü Xuzestan və Lorestan vilayətlərinə yerləşdirilib.

Daşqınlar iranlıların hökumətə qarşı etiraz nümayişlərinə çıxmasına səbəb olub.

Ölkənin sərt xətt tərəfdarları da Rohani hökumətinin fəlakətin nəticələrini aradan qaldırmaqdan ötrü yetərincə iş görmədiyini deyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG