Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:34

AXCP fəalının saxlandığı deyilir


Polis

«Partiyanın fəallarından Tofiq Məmmədov aprelin 12-də saxlanıb və Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsinə aparılıb».

Bunu AzadlıqRadiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə T.Məmmədovun polisə aparılmasının səbəbini öyrənə bilməyiblər. «Hökumət rəsmiləri, hüquq-mühafizə orqanları etiraf etməsə də, mitinqlər öncəsi belə saxlananlar olur. Aprelin 20-nə Milli Şuranın mitinq təyin etməsi artıq heç kəsə sirr deyil», - partiyadan bildiriblər.

AXCP-dən onu da deyiblər ki, T.Məmmədov bundan öncə də bir neçə dəfə saxlanıb, inzibati cəzalara layiq görülüb.

Amma bu deyilənlərə, hələlik, Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Bölməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-nin daxil olduğu Milli Şura aprelin 20-nə mitinq təyin edib. Hələlik, Bakı Şəhər İcra Hakimiyyəti mitinq müraciətinə cavab verməyib. Amma Milli Şuranın bundan öncə bir neçə aksiyasına «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinin pozulması və sakinlərin narazılığı səbəb göstərilərək, razılıq verilməyib. Milli Şura cavabı əsassız sayıb.

Xatırlatma

AXCP bildirir ki, bu ilin əvvəlindən 50-dən çox fəalları inzibati hüquq pozmalarında günahlandırılaraq sutkalıq həbs ediliblər. Onlardan əlavə, cərimə edilənlər də var. AXCP onların siyasi fəaliyyətlərinə görə şərləndiyini açıqlayıb. Amma hakimiyyət rəsmiləri də deyirlər ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

Multimedia

XS
SM
MD
LG