Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:43

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub


Xınalıq

Aprelin 11-də dağlardan qopan böyük qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.

AZƏRTAC-ın xəbərinə görə, Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun əməkdaşları xüsusi texnika vasitəsilə qaya parçalarını yoldan kənarlaşdırıblar.

Hazırda Xınalıq və əks istiqamətdə avtomobillərin hərəkətinə maneə olmadığı bildirilir.

Təbiət hadisəsi bu gün, aprelin 11-də saat 15:50 radələrində yolun 36-cı kilometrliyində baş verib.

Dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkəti davam etdiyindən bir müddət texnika ilə əraziyə yaxınlaşmaq mümkün olmayıb. Yalnız ərazidə sürüşmə sabitləşəndən sonra yolun hərəkət hissəsi qaya parçalarından təmizlənib.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, hadisə yerinə Agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib. Amma dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkəti davam etdiyindən əraziyə yaxınlaşmaq mümkün olmur.

Agentlikdən bildirildiyinə görə, sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.

Xatırlatma

Xınalıq kəndi Quba şəhərindən 50 kilometrdən çox aralıdır. Dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdədir. Bu yol tez-tez qaya və qar uçqunları səbəbindən müvəqqəti bağlanır.

Multimedia

XS
SM
MD
LG