Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 20:02

Transgender qadın işdən ‘qanunsuz çıxarılıb’


Sankt Peterburqda LGBT yürüşü, 2017-ci il
Sankt Peterburqda LGBT yürüşü, 2017-ci il

Rusiyanın Sankt Peterburq şəhərində məhkəmənin qərarına görə, nəşriyyatda illərlə kişi adıyla işləmiş transgender qadın işdən qanunsuz çıxarılıb.

Frunze Rayon Məhkəməsi nəşriyyata göstəriş verib ki, Anna Grigoryeva işinə qaytarılsın və ona mənəvi ziyana görə 10 min rubl (155 dollar), ödənməmiş maaşlarına görə 1,8 milon rubl (27 min 800 dollar) ödənsin.

Grigoryeva 10 il ərzində nəşriyyatda kişi adıyla işləyib, 2017-ci ildə qadın kimi qeydiyyatdan keçincə işdən çıxarılıb.

KİŞİ İŞİ

İşəgötürənin bildirməsinə görə, o, yalnız kişilərin görə biləcəyi işi icra etdiyi üçün kənarlaşdırılıb.

Rusiyada LGBT fəalı aksiya keçirir
Rusiyada LGBT fəalı aksiya keçirir

Rusiya hökumətinin 2000-ci ildə qəbul etdiyi qətnamədə təhlükəli, yaxud “ağır” hesab olunduğundan qadınların çalışması yasaqlanan 35-dən artıq sənaye sahəsi, 450-dən artıq spesifik iş sadalanır.

Tənqidçilər isə bunu sovet dövrünün qaydaları ilə müqayisə edirlər, o zaman Kommunist Partiyası qadınların “ənənəvi” rolunun cəmiyyətin rifahı üçün uşaq dünyaya gətirmək olduğunu deyirdi.

Grigoryeva-nın vəkili Maksim Olenichev AzadlıqRadiosu-na deyib ki, müştərisinin qələbəsi “çox vacib presedent” ortaya qoyur.

Olenichev-in sözlərinə görə, “Rusiyada ilk dəfə olaraq transgender şəxs məhkəmədə öz əmək hüquqlarını müdafiə edə bilib”.

Vykhod LGBT haqları qrupunun hüquqşünası Ksenia Mikhailova-nın fikrincə, məhkəmənin qərarı digər transgender şəxslərin cəmiyyətdə tanınmasına, hüquqlarını müdafiə etməsinə, iş yerində ayrıseçkiliyə üstün gəlməsinə kömək edəcək.

XS
SM
MD
LG