Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Oktyabr, Cümə, Bakı vaxtı 22:59

Trump Səudiyyə şahzadəsi ilə insan haqlarından danışıb


Donald Trump (sağda) və Mohammed bin Salman, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Mohammed bin Salman ilə telefon söhbəti edib. Ağ ev tərəflərin ər-Riyadın Yaxın Şərqdə sabitliyin yaranmasında rolu, İrana təzyiqin saxlanması, insan haqlarının əhəmiyyətindən danışdığını bildirir.

Trump-la vəliəhd şahzadə “İrana qarşı maksimum təzyiqi saxlamağın” yollarını müzakirə ediblər. Səudiyyə Ərəbistanı Yəməndə İranın dəstəklədiyi husi yaraqlılara qarşı koalisiyaya da liderlik edir.

Ancaq Səudiyyə Yəməndəki müharibə, ölkəsində narazıların susdurulması, qadın insan haqları fəallarının təqibi, jurnalist Jamal Khashoggi-nin öldürülməsindən dolayı getdikcə artan təzyiqlə üzləşir.

Həm respublikaçı, həm də demokrat konqresmenlər Ağ evdən tələb edirlər ki, Səudiyyəyə qarşı münasibəti sərtləşdirsin. Bu mövqe Khashoggi Səudiyyənin İstanbuldakı konsulluğunda öldürüləndən sonra özəlliklə qətiləşib.

ABŞ kəşfiyyatı jurnalistin ölümünü vəliəhd şahzadənin sifariş etdiyini bildirir, Səudiyyə rəsmiləri isə bunu danır.

Trump isə ABŞ-ın Səudiyyə Ərəbistanı ilə tərəfdaşlığının Birləşmiş Ştatlar iqtisadiyyatı, Yaxın Şərqdə sabitliyin saxlanması üçün vacib olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG