Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:10

Əmək müfəttişliyi pozuntuların sayını açıqlayıb


Əmək müqaviləsi tələb edə bilirsinizmi?
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Əmək müqaviləsi tələb edə bilirsinizmi?

2019-cu ilin ilk rübündə əmək qanunvericiliyinə əməl olunması sahəsində 131 hüquq pozuntusu aşkar edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin aprelin 9-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, pozuntular Müfəttişlik Xidmətinə daxil olan müraciətlər əsasında aparılmış araşdırma zamanı aşkar edilib.

Araşdırmaya görə, əmək müqavilələrinin bağlanmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi sahəsində hüquq pozuntuları 41 faizlə ilk sırada yer alır.

Hüquqpozmaların 39 faizinin də işçilərin məzuniyyət hüquqlarının pozulması ilə bağlı olduğu qeyd edilir. Verilən məlumata görə, əmək müqavilələrinə xitam verilməsi sahəsindəki hüquq pozuntuları da 5 faiz təşkil edib.

Xatırlatma

Azərbaycanın əhalisinin sayı 10 milyona çatıb. Rəsmi qurumların açıqlamasına görə, bunun 5 milyondan çoxu məşğul insanlardır.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, isə Azərbaycanda cəmi 1 milyon 523.8 min nəfər muzdla çalışan işçi var. Ekspertlər muzdla işləyənlərin belə az olmasını bir çox insanların müqaviləsiz, qeydiyyatsız çalışmaları ilə izah edirlər. Son vaxtlar rəsmilər bildirir ki, indi əsas məqsədlərdən biri də həmin sahələrin də vergiyə cəlb edilməsidir. Hərçənd, ekspertlər bu yöndə görülən işləri yetərli və effektli saymırlar.

Multimedia

XS
SM
MD
LG