Keçid linkləri

Təcili xəbərlər
2019, 22 May, çərşənbə, Bakı vaxtı 21:39

Qərb rayonlarına yağış yağa bilər


Yağış

Aprelin 10-u Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Səhər və axşam bəzi yerlərdə duman olacağı, cənub-qərb küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-10, gündüz 13-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gündüz bəzi qıraq qərb rayonlarında lokal qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG