Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:15

Daxili orqanlarında narkotik...


Heroin

Dövlət Gömrük Komitəsi (DGK) İrandan Azərbaycana gələn vətəndaşların daxili orqanında narkotik vasitə aşkarlandığını açıqlayıb.

Qurumun aprelin 8-də yaydığı açıqlamaya görə, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan vətəndaşlarının İran İslam Respublikasından narkotik maddə əldə edərək gətirəcəkləri barədə əməliyyat məlumatı daxil olub.

DGK bildirir ki, iki nəfər Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanıb. Qurumun vurğulamasına görə, sorğu-sual zamanı onlar üzərilərində qanunla qadağan olunan hər hansı predmetin olmadığını bildiriblər: «Şəxsi yoxlama zamanı onların üzərindən qanunla qadağan olunan hər hansı predmet aşkar edilməsə də, hərəkətləri şübhə yaratdığından vətəndaşların daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Tibbi müayinə nəticəsində xanım vətəndaşlardan birinin daxili bədən boşluğundan 2 ədəd sellofan bükümdə ümumi xalis çəkisi 140.388 qram, digərindən isə 2 ədəd bükümdə ümumi xalis çəkisi 117.339 qram olan narkotik vasitə - heroin aşkarlanıb».

Saxlanan şəxslərin adları açıqlanmır, onların ittihama münasibəti bəlli deyil.

DGK son aylar bir neçə dəfə bu tip məlumatlar yayıb. Həmin məlumatlarda İrandan Azərbaycana gələn bəzi yerli və əcnəbilərin daxili orqanlarında narkotik vasitə keçirmək istədiyi vurğulanır.

Multimedia

XS
SM
MD
LG