Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:49

İsraildə parlament seçkisi keçirilir


Benjamin Netanyahu

Aprelin 9-da İsraildə parlament seçkisi keçirilir. Bu seçkidə Baş nazir Benjamin Netanyahu-nun taleyi həll olunur. Onu hakimiyyətdə keçmiş ordu rəhbəri əvəzləyə bilər.

Səsvermə məntəqələri yerli vaxtla səhər 7-də açılıb, axşam 10-da bağlanacaq. Bundan az sonra ekzit poll nəticələri açıqlanmalıdır.

Rəsmi nəticələr isə aprelin 10-da səhər elan olunacaq.

Netanyahu beşinci dəfə vəzifəyə seçilmək istəyir, ancaq onun seçki kampaniyasına bir sıra korrupsiya ittihamları kölgə salıb.

Onun əsas rəqibi istefada olan ordu rəhbəri Benny Gantz-dır. Son rəy sorğularında onun Mavi və Ağ partiyası Netanyahu-nun Likud partiyasından qabağa çıxıb.

Ancaq Netanyahu-nun onu dəstəkləyən kiçik millətçi partiyalarla hakim koalisiya formalaşdırmaq şansı da qalır.

XS
SM
MD
LG