Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 23:48

AMEA-nın elmi işçisinə 16 il həbs


AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun elmi işçisi Bəkir Rüstəmbəyov 16 il azadlıqdan məhrum edilib. Aprelin 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında belə hökm çıxarılıb. O, iş yerində müdiri – institutun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Çingiz Qacarı pula görə öldürməyə cəhddə, onun evində xadimə işləyən Mətanət Hüseynovaya xəsarət yetirməkdə suçlu sayılıb.

Elmlər namizədi olan 71 yaşlı B.Rüstəmbəyov özünü təqsirli bilir. Məhkəmədə də deyib ki, əməlindən peşmandır: «Mən artıq tövbə də etmişəm ki, daha belə əməl törətməyəcəm. Çingiz müəllim Elmlər Akademiyasında rəhbərim olub. Uzun illərdir onu tanıyıram. O, məni 8 il əvvəl işdən çıxarmışdı. Hadisə günü 400 qram Şotlandiya viskisi içdim və bu məsələ yadıma düşdü, çəkic, bıçaq götürüb getdim...».

Rüstəmbəyov deyir ki, keçmiş müdirinin evində pul olduğunu bilib. Ona görə professor Ç.Qacara özü pul üçün müraciət edib, ancaq ondan rədd cavabı alıb: «Onlara getdim. Pulu götürsəm də, hadisədən sonra qoyub qaçdım. Ən böyük günahım evdə xadimə işləyən Mətanət Hüseynovanı vurmağım olub».

B.Rüstəmbəyov hər iki zərərçəkəndən üzr istəyib, amma üzrü qəbul olunmayıb. Zərərçəkənlər ona ağır cəza verilməsini istəyiblər.

Multimedia

XS
SM
MD
LG