Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Dağlıq ərazilərdə yağış gözlənir


Yağış

Aprelin 9-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-9, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da aprelin 9-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə 5-10, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG