Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:40

Aİ postsovet respublikaları ilə tərəfdaşlığı uzadır


Şərq Tərəfdaşlığının 5 illiyi münasibətilə sammit Praqada keçirilmişdi
Şərq Tərəfdaşlığının 5 illiyi münasibətilə sammit Praqada keçirilmişdi

Avropa İttifaqının və altı keçmiş sovet respublikasının xarici işlər nazirləri gələn ay görüşərək Şərq Tərəfdaşlığı Proqramının müddətini uzadacaqlar.

Bu proqramın məqsədi Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı daha sıx münasibətlər və iqtisadi fayda qarşılığında islahatlara həvəsləndirməkdir.

Mayın 13-də Brüsseldə bir arata gələcək xarici işlər nazirləri “Şərq Tərəfdaşlığını 2020-ci ildən sonra da inkişaf etdirməyə” boyun olacaqlar. Bu tədbir proqramın 10-cu ildönümüylə eyni vaxta düşür.

AzadlıqRadiosu bəyanatın ilkin versiyasını görüb. Sənəddə tərəflər bildirirlər ki, “cəmiyyətlərimizin belə bir tərəfdaşlıqdan bütün faydaları – güclənən rifahdan tutmuş demokratiya, sabitlik və təhlükəsizliyə qədər hər şeyi əldə etməsindən ötrü birgə, sıx əməkdaşlıq ruhunda işləməyə” davam edəcəklər.

RUSİYANIN ADI ÇƏKİLMƏYƏCƏK

Bəyanata dəyişikliklər edilə bilər. Ancaq Aİ-dəki mənbələr AzadlıqRadiosu-na deyiblər ki, bəyanatda nə bu altı ölkənin Aİ-yə gələcək üzvlüyündən söz açılacaq, nə də Rusiyanın adı çəkiləcək.

Elmar Məmmədyarov (solda) və AB təmsilçisi Federica Mogherini Brüsseldə, 4 aprel, 2019-cu il
Elmar Məmmədyarov (solda) və AB təmsilçisi Federica Mogherini Brüsseldə, 4 aprel, 2019-cu il

Moskva sözügedən proqrama mənfi münasibətini gizlətmir, deyir ki, Aİ və onun əsas ticarət tərəfdaşları arasında daha sıx iqtisadi əlaqələr Rusiyanın maraqlarına ziyan vura bilər.

Gürcüstan, Moldova və Ukrayna Aİ ilə assosiasiya sazişləri əldə ediblər. Azərbaycanın isə blokla yenilənmiş tərəfdaşlıq sazişini mayda ortaya qoyacağı gözlənir.

Xarici işlər naziri Elmar Məmmədyarov aprelin 4-də Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında deyib ki, danışıqlar yekunlaşdırılmağa çox yaxındır, “artıq 90 faizi razılaşdırıldırılıb”.

2009-cu ildə Praqada ilk toplantı keçiriləndən bəri hər il Aİ liderləri Şərq Tərəfdaşlığı ölkələrinin prezidentləri, yaxud baş nazirləri ilə sammit keçirir.

Ancaq bu il Breksit, mayda Avropa parlamentinə seçkilər səbəbindən sammit keçirməmək qərara alınıb. Növbəti sammit gələn ilə planlaşdırılır.

Sammit əvəzinə Avropa Şurasının Prezidenti Donald Tusk mayın 13-də altı ölkənin liderilə birlikdə nahar edəcək.

Avropa Komissiyası isə mayın 14-də tərəfdaşlığa həsr olunmuş yüksək səviyyəli tədbir keçirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG