Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:18

'Aİ ilə saziş 90 faiz razılaşdırılıb' - Məmmədyarov


E.Məmmədyarov və F.Moqerini Brüsseldə mətbuat konfransında.

«Bu iclası ikitərəfli və regional gündəliyimizin maraqlı kəşisməsi zamanında təşkil etdik. Münasibətlərimizdə elə bir sıxlıq vardır ki, mən bunu çox müsbət və siyasi nöqteyi-nəzərdən yaradıcı hesab edirəm».

Bunu bu gün, aprelin 4-də Brüsseldə xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) saytı onun çıxışının mətnini yayıb.

Nazir vurğulayıb ki, ilk növbədə, yeni ikitərəfli sazişlə (layihə) necə və hara gediləcəyini müzakirə etməyə ehtiyac var:

«İnanıram ki, danışıqlarımızı yekunlaşdırmağa çox yaxınıq. Bu yaxınlarda biz danışıqları, onun bütün üç hissələri üzrə sinxronlaşdırmaya müvəffəq olmuşuq. Belə ki, artıq 90 faizi razılaşdırıldığına görə bu gün bizim olduqca yaxşı imkanımız vardır. Son vaxtlar biz bir sıra dəyirmi masalar və videokonfranslar keçirmişik və, eyni zamanda, qarşıdan gələn günlərdə bunu davam etdirməyə çalışırıq. Mən danışıqları tezliklə yekunlaşdırmaq istiqamətində birgə imkanlarımızın mövcudluğu ilə bağlı müsbət fikirdəyəm. Lakin əlbəttə ki, Azərbaycan üçün ən vacibi mahiyyət məsələsidir».

Azərbaycanda nə Avropa standartlarına cavab vermir?
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

E.Məmmədyarov daha sonra Avropa İttifaqı-Azərbaycan tərəfdaşlıq prioritetlərindən danışaraq bunları deyib: «Nəyin bizə kollektiv olaraq vacib olduğunu və tərəfdaşlığımızın nəyi hədəfləməli olduğunu göstərən qısa, lakin hərtərəfli sənədimiz var».

Onun vurğulamasına görə, sənəd prioritetlərdən bəhs edir: «İndi bir intizam yaratmaq və onu həyata keçirtmək lazımdır. Orada Azərbaycanın uzaqgörən yanaşması vardır. Biz bunun necə həyata keçirilməsi ilə bağlı ilkin təsəvvürümüzü Aİ ilə bölüşmüşük. Tezliklə mətnimizi sizinlə bölüşəcəyik və bu yaydan əvvəl praktiki cəhətdən implementasiyaya başlayacağımıza ümid edirik».

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG