Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:26

Prezidentliyə namizədlər qan analizi veriblər


Petro Poroshenko həkimdə

Ukraynada prezident seçkisinə hər iki namizəd aprelin 5-də Kiyevdə qan analizi veriblər. Aprelin 19-da namizədlər arasında teledebat keçiriləcək.

Aktyor və komediyaçı Volodymyr Zelenskyy debata bir şərtlə qatılacağını demişdi ki, opponenti, Prezident Petro Poroshenko öncədən narkotik və alkoqol testinə razılaşsın.

Volodymyr Zelenskyy həkimdə
Volodymyr Zelenskyy həkimdə

O, debatın 70 min yerlik Kiyev Olimpiya Stadionunda keçirilməsində də təkid edib.

Zelenskyy-ni teledebata isə Poroshenko çağırıb. Rəsmi nəticələrə görə, Poroshenko səslərin 16, Zelenskyy isə 30 faizini yığıb.

Analizlər veriləndən sonra həkim “heç bir psixotrop maddə tapılmadığını” deyib.

Ukraynada prezident seçkisinin ikinci- sonuncu raundu aprelin 21-də olacaq.

XS
SM
MD
LG