Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:13

Prezidentliyə namizəd stadionda debat təklif edir


İllüstrativ foto
İllüstrativ foto

Ukraynanın hazırkı prezidenti Petro Poroshenko seçki rəqibinin stadionda debat keçirmək təklifini qəbul edib. Bundan bir neçə saat öncə isə 31 mart seçkisinin rəsmi nəticələri açıqlanıb.

Öndə gedən namizəd Volodymyr Zelenskyy televiziyayla canlı yayımlanan debatın Kiyev Olimpiya Stadionunda keçirilməsini təklif edib. Zelenskyy və Poroshenko arasında ikinci raund aprelin 21-nə planlaşdırılır.

“Debat qaydaları Prezident Seçkiləri haqqında Qanunda əks olunub; zəhmət olmasa, onları oxuyun”, – Poroshenko aprelin 4-də tvitlədiyi videomüraciətdə deyib.

“Onlar milli televiziyanın binasında keçirilə, on milyonlarla əhali üçün bütün kanallar tərəfindən yayınlana bilər. Stadion istəyirsənsə, olsun. Səni gözləyəcəyəm, Volodymyr Oleksandrovych ”, – Poroshenko deyib.

Siyasi karikatura
Siyasi karikatura

DEBAT QAYDALARINA GÖRƏ...

Poroshenko martın 31-də demişdi ki, birinci raundu udmuş ilk iki namizəd ikinci raunddan qabaq ictimai debat keçirməlidir.

Zelenskyy isə debatın yalnız Olimpiya Stadionunda keçiriləcəyi halda ona razılaşacağını söyləyib.

Ukraynanın ictimai televiziyası texniki baxımdan Kiyev stadionundan yayım apara bilər. Ancaq Ukrayna Mərkəzi Seçki Komissiyasının 2014-cü ildə qəbul etdiyi debat qaydalarına görə, tədbir televiziyanın studiyasında təşkil olunmalıdır.

“Prezident və ali baş komandan olmaq oyun deyil. Bu, xalq, ölkə qarşısında məsuliyyət deməkdir... Debatların məqsədi stadionda əyləncə demək deyil”, – Poroshenko aprelin 4-də tvitində yazıb.

MSK aprelin 4-də bildirib ki, Zelenskyy birinci raundda səslərin 30,24 faizini, Poroshenko isə 15,95 faizini yığıb. Keçmiş baş nazir Yulia Tymoshenko13,40 faizlə üçüncü yerdədir.

MSK seçkiyə 18,9 milyon seçicinin, yəni 62,8 faizin getdiyini deyir.

Birinci raundu udmaqdan ötrü bir namizəd 50 faizdən artıq səs yığmalıydı.

Beynəlxalq müşahidəçilər aprelin 1-də deyiblər ki, seçki “yaxşı təşkil olunub”, “rəqabətli” keçib.

Hazırda Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələri arasında münaqişə gedir. Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib. Ölkə iqtisadiyyatının durumu yaxşı deyil, korrupsiya geniş yayılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG