Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:21

Azərbaycan-Rusiya sənaye əməkdaşlığı


Ş.Mustafayev

Bu gün, aprelin 4-də Bakıda Azərbaycan-Rusiya sənaye əməkdaşlığı forumu işə başlayıb.

«Report» xəbər verir ki, tədbir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun iştirakı ilə baş tutub.

Ş.Mustafayev bildirib ki, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir: «Bu günə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4.4 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyada yatırdığı investisiyaların məbləği 1.2 mlrd. dollardan çoxdur. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri təxminən 20 faiz artaraq 2.55 mlrd. dollar təşkil edib. Bu ilin ilk 2 ayı üzrə artım isə 4 faizdir və 340 mln. dollarlıq ticarət olub».

Xəbərə görə, forum çərçivəsində bir sıra sazişlər imzalanacaq.

Multimedia

XS
SM
MD
LG