Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:21

Van Gogh-u ‘öldürən’ silah hərraca çıxarılır


Vincent van Gogh

Hollandiyalı rəssam Vincent Van Gogh özünü öldürmək üçün istifadə etdiyi güman olunan tapança hərraca çıxarılacaq.

Parisdə mənzillənən Art hərracı aprelin 2-də bildirib ki, “incəsənət tarixində ən məşhur silah” iyunun 19-da hərraca çıxarılacaq.

7 millimetrlik Lefaucheux tapançasına 60 min avroyadək qiymət qoyulacağı gözlənir, hərrac rəsmiləri belə deyiblər.

Silahı 1965-ci ildə bir fermer tarlada tapıb. Rəssamın 1890-cı ildə həmin yerdə aldığı güllə yarasından öldüyü bildirilir.

Bəzi tədqiqatçılar tarlada silahla oynayan iki oğlan uşağının rəssama təsadüfən atəş açması versiyasını irəli sürürlər. Bəziləri isə onun qətlə yetirildiyini güman edir.

Rəssamın qaldığı mehmanxana sahibindən aldığı silah daha öncə Amsterdamda Van Gogh Muzeyində sərgilənib.

Psixoloji problemləri olan rəssam 1888-ci ildə qulağını kəsərək Fransanın cənubunda bir qadına göndərmişdi.

Ömrünün son günlərində Van Gogh ən qiymətli əsərlərini yaradıb. Dr. Gachet-nin Portreti həmin əsərlər sırasındadır. Sözügedən həkim rəssam güllə yarası alanda onu xilas etməyə çalışıb. Əsər 1990-cı ildə 82,5 milyon dollar satılıb.

XS
SM
MD
LG