Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14

Zəlzələdə 700 ev qəzalı vəziyyətə düşüb


Ağsuda zəlzələdən uçan ev

Aprelin 2-də Fövqəladə Hallar Nazirliyində geniş Kollegiya iclası keçirilib.

Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumata görə, iclasda bu il fevralın 5 və 6-da Şamaxı, Ağsu, İsmayıllı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərdən danışılıb.

Nazirlik bildirir ki, indiyə kimi zəlzələ zonasından 8810 müraciət olub və 8352 fərdi yaşayış evinə baxış keçirilib.

«Şamaxı rayonu ərazisində 267 qəzalı, 1227 evin bərpaya ehtiyacı olması, İsmayıllı rayonunda 101 qəzalı, 290 evin bərpaya ehtiyacı olması və Ağsu rayonu ərazisində 215 qəzalı, 351 evin də bərpaya ehtiyacı olması müəyyən edilib», -məlumatda yazılıb.

Məlumata görə, bu üç rayonda ümumilikdə 79 ev sökülüb, 56 evin tikintisinə başlanılıb. Şamaxı şəhərində hazırda 2-girişli, 4-mərtəbəli, 44-mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Bundan əlavə, bərpa işləri məqsədilə 235 evdə ölçü işlərinin aparıldığı və bundan 132 evin layihə-smeta sənədlərinin hazırlandığı bildirilir.

Verilən məlumata görə, habelə keçirilmiş baxış nəticəsində bu rayonlarda 10-a yaxın qəzalı sosial obyekt də müəyyən edilib.

Xatırlatma

Fevralın 5-də gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilirdi. Həmin bölgədə yeraltı təkanlar fevralın 6-da da davam edib.

Prezident İlham Əliyev fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasından ötrü Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Multimedia

XS
SM
MD
LG