Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:45

20 Yanvarda ölənlərin ailələrinə güzəşt


Manat

Qarabağ müharibəsi və 20 Yanvar faciəsi zamani həlak olan insanların ailələrinə güzəşt nəzərdə tutulur. Onların bir nəfər ailə üzvünün banklara 360 gündən artıq gecikməsi olan 1000 manat kreditlərinin (faiz borcu daxil olmaqla) bankların öz vəsaitləri hesabına ödənilməsi barədə qərar qəbul edilib.

Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) aprelin 2-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, bu qərar ABA Rəyasət Heyətinin martın 29-da keçirilmiş geniş tərkibli iclasında qəbul edilib.

İclasda bununla yanaşı, banklara bundan sonra da bu istiqamətdə əlavə güzəştlər edilməsi imkanlarının araşdırılması tövsiyə edilib.

Bu il fevralın 28-də prezident İlham Əliyev «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman verib. Orada söhbət 10 min dollara qədər banklara kredit borcu olan şəxslərə 2015-ci ildə baş verən devalvasiyalar nəticəsində dəyən zərərə görə güzəşt edilməsi nəzərdə tutulur. 2015-ci ildə fevral və dekabr aylarında baş verən devalvasiyalar nəticəsində manat iki dəfə dəyər itirmişdi.

Prezidentin bu il fevralın 28-də imzaladığı o fərmanda banklara fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək də tövsiyə olunurdu.

Xatırlatma

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 130-dan çox şəxs həlak olub, 744 nəfər yaralanıb. Üstəlik, 841 nəfərin həbs olunduğu bildirilir. İndi onlar Azərbaycanın müstəqilliyi uğurunda həlak olmuş insanlar kimi anılırlar.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi də başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Bu münaqişədə də hər iki tərəf itkilər verib.

Multimedia

XS
SM
MD
LG