Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:18

Bakıda duman, çiskin gözlənir


Yağış

Aprelin 3-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda 5-7, gündüz 9-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.

Aprelin 3-də Azərbaycanın bəzi rayonlarında isə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG