Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:04

Bosniyada ilk gey-parad keçiriləcək


Kosovoda gey-parad, oktyabr, 2018-ci il

Sentyabrda Bosniyanın paytaxtı Sarayevoda ilk gey parad keçiriləcək. Təşkilatçılar parada lesbian, gey, biseksual, transgender və interseks (LGBTI) icması üzvlərinin qatılacağını bildirib.

“Sentyabrın 8-də Sarayevoda Bosniyanın ilk gey parad baş tutacaq”, – təşkilatçılardan biri Branko Culibrk aprelin 1-də Sarayevoda mətbuat konfransında deyib.

Bosniya qanunvericiliyi istənilən diskriminasiyanı yasaqlasa da, gey cütlüklərin hüquqlarını tanımır.

2008 və 2014-cü illərdə Sarayevoda homoseksual icmaya dəstək tədbirlərinin iştirakçıları xuliqanlar və radikal islamçıların hücumuna məruz qalıb.

“Gey paradlar regionunun hər yerində keçirilir. İndi mühit dəyişib və çoxsaylı vətəndaşın gəlib bizimlə həmrəylik nümayiş etdirəcəyini gözləyirik”, – başqa bir təşkilatçı Dajana Bakic vurğulayıb.

Artıq belə tədbirlər keçmiş Yuqoslaviya respublikaları olan Xorvatiya, Serbiya və Monteneqroda elə də ziddiyyət yaratmır. Əsasən müsəlmanları yaşadığı Kosovoda 2017-ci ilin oktyabrında ilk gey parad keçirilib, Prezident Hashim Thaci də ona qatılıb.

XS
SM
MD
LG