Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:32

Netanyahunu dəstəkləyən saxta hesablar aşkarlanıb


Benjamin Netanyahu

İsrailin kibertəhlükəsizliyə nəzarət qurumu bildirir ki, gələn həftəyə planlaşdırılan seçki öncəsi Baş nazir Benjamin Netanyahunu dəstəkləyən, rəqiblərini gözdən salan saxta onlayn hesablar aşkarlanıb.

“The Big Bots Project” qrupunun bildirməsinə görə, Netanyahunun Likud partiyasına dəstək mesajları yayan yüzlərlə saxta hesab aşkarlayıblar.

Qurum qeyd edir ki, postlarda Netanyahunun rəqiblərinə hücum məqsədilə “yalan, böhtan, şayiə” yayılıb.

“Yüzlərlə saxta, yaxud anonim hesabdan” 130 mindən çox tvit göndərilib, həmin hesablar özlərinin Likudla əlaqəli olduqlarını açıqlamayıblar.

Baş naziri seçkidə dəstəkləyən “yüzlərlə real hesab”ın da mövcudluğu vurğulanır.

Kampaniyanın əsas hədəfi jurnalistlər və Netanyahunun əsas rəqibi, mərkəzçi Mavi və Ağ partiyasının lideri Benny Gantz olub.

İstefada olan general Gantza ittihamları sırasında onun “adam zorlayan”, zehni problemlərinin olmasına dair iddialar var.

“Seçkinin nəticələrini oğurlamağa cəhd edilir, burada yalan sistemi mövcuddur”, – Gantz Twitter-də yazıb.

Netanyahu isə Facebook və YouTube-da canlı yayına çıxaraq hesabatı rədd edib.

O, aprelin 9-da keçiriləcək seçkidə beşinci müddətə seçilməyi hədəfləyir, amma eyni zamanda potensial korrupsiya ittihamları ilə üz-üzədir.

XS
SM
MD
LG