Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:02

İşçi qrup sahibkarları dinlədi


"Diqlas" ticarət mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

"Diqlas" ticarət mərkəzində yanğın

Martın 26-da Bakıda «Diqlas» Ticarət Mərkəzində yanğından zərər çəkmiş iş adamlarına yardım göstərilməsi ilə bağlı İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupda sahibkarların fərdi qəbulu başa çatıb.

Bu barədə nazirliyin aprelin 1-də yaydığı məlumatda bildirilir.

«Martın 29-31-də İşçi qrupun keçirdiyi qəbulda 441 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı 381 sahibkar 15 milyon manatadək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditə ehtiyacının olduğunu bildirib və artıq sahibkarlarla işlərə başlanılıb», - məlumatda yazılıb.

Məlumatda vurğulanır ki, aparılmış müzakirələr nəticəsində əldə edilmiş razılığa əsasən, sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 7 ticarət mərkəzində 680-yə yaxın ticarət obyekti təklif olunub. «Bu təkliflərə uyğun olaraq, 408 sahibkar ümumi sahəsi 12.4 min kvadratmetr olan ticarət obyektlərinə ehtiyacı barədə müraciət edib və bu istiqamətdə işlərə başlanılıb», - nazirlik qeyd edir.

Nazirliyin açıqlamasına görə, zərər çəkmiş sahibkarlar müraciət etdiyi halda, əlavə qəbul təşkil olunacaq.

Martın 29-da prezident İlham Əliyev də «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə sərəncam vermişdi.

Sərəncamla 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılacaq. Nazirlikdə «Diqlas» Ticarət Mərkəzində mağazaları yanan sahibkarlarla bağlı işçi qrup da fəaliyyət göstərir.

Xatırlatma

Martın 26-da səhər saat 8 radələrində «Diqlas» Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Hadisə yerində olan şahidlərin bildirməsinə görə, nəticədə həm dördmərtəbəli Mərkəz, həm də ona bitişik bir sıra binalar yanıb. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilirdi.

Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar.

Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Sahibkarların bir çoxunun bildirməsinə görə, mallarının sığortası olmayıb. Ümumilikdə 400-dən çox şəxsə ziyan dəydiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG