Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:37

Qazaxıstanda jurnalistlər məhkəmə qarşısında


Svetlana Glushkova (ortada)
Svetlana Glushkova (ortada)

AzadlıqRadiosu-nun qazax xidmətinin və “Current Time” layihəsinin müxbirləri aprelin 1-də Qazaxıstanda məhkəmə qarşısına çıxarılıblar.

Current Time əməkdaşı Svetlana Glushkova ötən ay Qazaxıstanın indi Nur-Sultan adlanan paytaxtında etirazçıların həbsini işıqlandırmasına mane olan qadına hücumda suçlanır.

Glushkova martın 31-də axşam Almatıdan Nur-Sultana çatar-çatmaz aeroportda saxlanıb. O, ittihamı rədd edir, siyasi motivli sayır.

Keçmiş prezident Nursultan Nazarbaev və Prezident Qasym-Zhomart Toqaev Astanada Novruz şənliyində, 21 mart, 2019-cu il
Keçmiş prezident Nursultan Nazarbaev və Prezident Qasym-Zhomart Toqaev Astanada Novruz şənliyində, 21 mart, 2019-cu il

Jurnalist aeroportda dörd saatadək saxlanıb, nəhayət polis ona rəsmi sənəd təqdim edib, 22 mart etirazı zamanı bir qadını itələməkdə ittiham olunduğu bəlli olub. Həmin gün paytaxt Astananın keçmiş prezident Nursultan Nazarbaev-in şərəfinə adlandırılmasına etiraz keçirilirdi.

Nazarbaev martın 19-da istefaya getdiyini açıqlayıb, amma hakim Nur-Otan partiyasına liderliyini, eləcə də Təhlükəsizlik Şurasına ömürlük sədrliyini saxlayıb.

Glushkova aeroportda saxlanmasını Facebook-da canlı yayınlayıb.

Glushkova AzadlıqRadiosu-na deyib ki, ona qarşı ittiham “peşəkar fəaliyyətinin əngəllənməsi” deməkdir.

Current Time AzadlıqRadiosu ilə Amerikanın Səsi-nin birgə rusdilli layihəsidir.

Məhkəməyə gələn onlarla jurnalist və fəal məhkəmə binası qarşısında “Əllərinizi Svetlanadan çəkin!” şüarını səsləndiriblər.

Saniya Toiken
Saniya Toiken

Aprelin 1-də Qazaxıstanın qərbində Aktau şəhərində AzadlıqRadiosu qazax xidmətinin müxbiri Saniya Toiken-in apelyasiya şikayəti üzrə məhkəmə başlanıb. Şikayət jurnalistə ötən ay polisin əmrinə tabe olmamaq ittihamıyla kəsilmiş 135 dollarlıq cərimədən verilib.

Toiken fevral-mart aylarında üç dəfə saxlanıb. O, Janaozen şəhərində iş tələb edən sakinlərin etirazlarını işıqlandırırdı. Jurnalist özünə qarşı işi siyasi motivli sayır.

Toiken 2017-ci ildə Beynəlxalq Qadınların Media Fondunun Jurnalistikada Cəsarətə görə Mükafatına layiq görülüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG