Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:43

Vəkil B.Məmmədovla görüşə bilməyib


Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...

«Aprelin 1-də Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına getsəm də, müdafiə etdiyim Bayram Məmmədovla görüş vermədilər».

Bunu prezidentin verdiyi əfv sərəncamı ilə azadlığa çıxdıqdan 13 gün sonra inzibati qaydada həbs edildiyi bildirilən gənc fəal Bayram Məmmədovun vəkili Elçin Sadıqov deyib.

E.Sadıqovun sözlərinə görə, təcridxana rəhbərliyi bunu müəssisədə müəyyən işlərin aparılası ilə əsaslandırıb: «Dedilər ki, sanitariya-dezinfeksiya işləri aparılır, yalnız aprelin 3-də görüş verə bilərlər».

E.Sadıqov deyib ki, hələ Sabunçu Rayon Məhkəməsinin inzibati həbs qərarından apellyasiya şikayəti də verilməyib. O, buna səbəb kimi deyib ki, məhkəmə qərarı, hələlik, müdafiə tərəfinə təqdim olunmayıb: «Məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayəti veriləcək».

İki gün öncə, martın 30-da gənc fəal B.Məmmədovun Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası aldığı bildirilmişdi.

Vəkil E.Sadıqov AzadlıqRadiosuna demişdi ki, B.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisin qanunu əmrinə tabe olmamaqdan gedir.

Amma yaxınları bildirirdilər ki, B.Məmmədov martın 30-da atasının yanında saxlanıb. Onun son 3 gündə hər gün polisə aparılıb, sərbəst buraxıldığı deyilirdi.

Ancaq bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Xatırlatma

B.Məmmədov digər gənc fəal Q.İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi bu il martın 16-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıblar.

XS
SM
MD
LG