Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Vyetnamlı qadın Kim-in öldürülməsi ilə bağlı təqsirini boynuna alır


Doan Thi Huong (ortada)
Doan Thi Huong (ortada)

Şimali Koreya liderinin ögey qardaşının öldürülməsindən sonra saxlanmış yeganə şübhəli vyetnamlı qadın daha yüngül ittiham üzrə təqsirini boynuna alıb. Vəkil onun gələn ay azadlığa buraxıla biləcəyini bildirib.

Doan Thi Huong Kim Jong Nam-ın ölümündən sonra qətl ittihamıyla üzləşmişdi və təqsirli bilinərdisə, ölüm cəzasına məhkum ediləcəkdi. Kim Kuala Lumpur aeroportunda iki qadın ona yaxınlaşandan sonra vəfat edib. Tərcüməçi məhkəmədə Huong-a yeni ittihamı oxuyarkən o, başını tərpədib. Yeni ittiham təhlükəli VX sinir qazıyla birinə könüllü xəsarət yetirməklə bağlıdır.

HAKİM ONA “BƏXTİNİN GƏTİRDİYİNİ” DEYİB

Ali Məhkəmənin hakimi Azmi Ariffin Huong-u 2017-ci il fevralın 15-də saxlanarkən üç il dörd ay həbsə məhkum edib. Vəkili Hisyam Teh Poh Teik deyib ki, o, mayın birinci həftəsində azadlığa buraxıla bilər, çünki cəzasının üçdə birini çəkmiş olacaq və həbsdə özünü yaxşı aparıb.

Doan Thi Huong (solda) və Siti Ashyah (sağda)
Doan Thi Huong (solda) və Siti Ashyah (sağda)

30 yaşlı Huong məhkəmədən çıxarkən jurnalistlərə “mən xoşbəxtəm” deyib və əlavə edib ki, məhkəmənin qərarını ədalətli sayır.

Yeni ittiham üzrə maksimum həbs cəzası 10 ildir, hakim də Huong-un “bəxtinin çox, çox gətirdiyini” deyib, ona “uğurlar” arzulayıb. Məhkəmə zalındakı vyetnamlı rəsmilər qərarı alqışlayıblar.

Huong həbsdə olan yeganə şübhəlidir. Cakartanın yüksək səviyyəli lobbiçilik işi sayəsində indoneziyalı Siti Aisyah martın 11-də buraxılıb, ona qətl ittihamı ləğv olunub. Bundan sonra Huong da bəraət üçün müraciət edib, amma prokurorlar onun xahişini rədd ediblər.

İlkin ittihamda deyilirdi ki, bu iki qadın dörd şimali koreyalı ilə əlbir olaraq Kim-i VX sinir qazıyla öldürmək istəyiblər. Amma qadınların sözlərinə görə, onlar elə biliblər televiziya şousu üçün nömrədə iştirak edirlər, heç kəsə ziyan dəyməyəcək.

Kim öldürülən gün dörd şimali koreyalı Malayziyadan çıxıb.

Qadınların vəkilləri onların Kual Lumpurdakı Şimali Koreya səfirliyi ilə aydın bağları olan siyasi sui-qəsddə girova çevriliblər. Qadınların qətlə yetirmək niyyəti də istintaq zamanı sübuta yetirilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG