Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Yaponiya yeni imperator erasının adını açıqlayır


İmperator Akihito (soldan 3-cü) və imperatriçə Michiko (soldan 4-cü) ailə üzvlərilə birlikdə

Yaponiya İmperator Akihito-nun oğlunun xeyrinə taxt-tacdan əl çəkməsiylə başlanacaq yeni eranın “Reiwa” adlanacağını bildirir.

Hökumətin katibi Yoshihide Suga aprelin 1-də bildirib ki, yeni ad mayın 1-dən qüvvəyə minir, çünki həmin gündən Naruhito imperator taxtında atasını əvəzləyəcək.

O, həmin adın 7-ci əsrə aid Manyoshu poeziya kolleksiyasından qaynaqlandığını söyləyib.

Baş nazir Shinzo Abe aprelin 1-də keçiriləcək mətbuat konfransında bu adın mənasını izah edəcək, ingiliscə rəsmi yazılış qaydasını təqdim edəcək.

Yaponiyada yeni eranın adının, yaxud “gengo”nun təqdimatı əlamətdar hadisə sayılır, xüsusi şou və festivallarla qeyd olunur.

85 yaşlı Akihito 2017-ci ildə elan edib ki, 2019-cu il aprelin 30-da taxtdan gedəcək. Bu, iki əsrdən artıq bir dönəmdə ilk belə istefa sayılır. O, səbəb kimi səhhətini göstərmişdi.

Akihito-nun hökmranlıq dövrü “Heisei” adlanırdı, yəni “hər yerdə sülh üstündür”.

Yaponiya dünyada yeganə ölkədir ki, çinsayağı imperiya təqvimlərindən istifadə edir. Hazırda Yaponiyada 2019-cu il deyil, Heisei 31 ilidir, yəni Akihito dövrünün 31-ci ili.

Neçə ay idi doqquz üzvdən ibarət qurum yeni dönəmin adıyla bağlı qapalı müzakirələr aparırdı.

XS
SM
MD
LG