Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 20:57

Tymoshenko seçkinin nəticəsini 'mübahisələndirməyəcək'


Seçki plakatı
Seçki plakatı

Ukraynada prezidentliyə namizəd Yulia Tymoshenko 31 mart prezident seçkisinin nəticəsini mübahisələndirməyəcəyini, etirazlara çağırmayacağını deyib. “Xalqın seçiminə hörmət edirəm”, – o vurğulayıb.

Keçmiş baş nazir seçkinin nəticələrinin “saxtalaşdırıldığını” da sözlərinə əlavə edib.

O, 31 mart seçkisinin “xeyirlə şər arasında dava” kimi xarakterizə edib.

“Seçkinin nəticələri saxtalaşdırılıb. Prezident Petro Poroshenko istədiyi nəticəni əldə etmək, ikinci tura keçməkdən ötrü texnologiyadan istifadə edib”, – o deyib.

“Səsləri yaymaq üçün 39 namizəd qeydiyyatdan keçirilib. Mənim soyadımla eyni bir nəfər də qeydiyyatdan keçib”, – o vurğulayıb, amma nəticələri mübahisələndirməyəcəyini deyib.

Yulia Tymoshenko
Yulia Tymoshenko

MSK bülletenlərin 98 faizindən artığının sayıldığını bildirir. Zelenskyy 30,24, Poroshenko isə 15,93 faiz səs toplayıb. Tymoshenko 13,39 faiz səs yığa bilib.

“Fundamental azadlıqlar ümumilikdə təmin olunub, namizədlər azad seçki kampaniyası apara bilib, amma dövlət resurslarından sui-istifadə, səslərin alınmasına dair saysız və etibarlı əlamətlər prosesin etibarlılığına kölgə salıb”, – ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru Ilkka Kanerva deyib.

Böyük Yeddilik (G7) ölkələrinin elçiləri də ATƏT-in ilkin dəyərləndirməsəini alqışlayıb, prezident seçkisinin ümumilikdə “dinc və təhlükəsiz mühitdə” keçirildiyini bildirib.

***

Ukraynada seçkinin ikinci turu keçiriləcək

Artıq Ukraynada 31 mart seçkisi bülletenlərinin 73 faizi sayılıb. Zelenskyy səslərin 30,4, Poroshenko 16,1, keçmiş baş nazir Tymoshenko13,2 faizini yığıb.

Səsvermə günü və bülletenlərin yığılaraq sayılması sistematik pozuntu olmadan keçib. Bu səbəbdən biz seçkinin birinci mərhələsinin qanunauyğun şəkildə tamamlandığını deyə bilərik. İkinci tur olacaq”, – Mərkəzi Seçki Komissiyasının sədri Tetyana Slipachuk aprelin 1-də deyib.

Beynəlxalq müşahidəçilər seçkini “yaxşı təşkil olunmuş” və “rəqabətli” adlandırıblar, amma səsvermənin azad və ədalətli keçib-keçmədiyini şərh etməyiblər.

***

Ukraynada komediya ustası Volodymyr Zelenskyy və hazırkı prezident Petro Poroshenko seçkinin ikinci turunda yarışmalı olacaq.

31 mart prezident seçkisindən sonra bülletenlər hələ sayılmaqdadır. Amma Mərkəzi Seçki Komissiyası bildirir ki, bülletenlərin 40 faizi artıq sayılıb və Zelenskyy səslərin 30,2 faizini toplayıb.

Poroshenko səslərin 16,7, keçmiş baş nazir Yulia Tymoshenko isə 13,1 faizini yığa bilib.

Bu nəticələr üç ayrı-ayrı eksit polların nəticələrinə uyğundur. Ekzit pollar Zelenskyy-nin azı 30 faiz səs yığdığını göstərirdi. Poroshenko 18, Tymoshenko isə 14 faiz səs yığmışdı.

***Buna da bax: Ukraynada 3 exit-poll ikinci turun ola biləcəyini göstərir

“KORRUPSİYASIZ HƏYAT BAŞLANIR”

Yekun nəticələr bir neçə saata bilinəcək. Seçicilərin 64 faizinin səsverməyə qatıldığı bildirilir.

Heç bir namizəd səslərin 50 faizini yığa bilmədiyindən ən çox səs toplamış iki namizəd aprelin 21-də ikinci turda mübarizə aparacaq.

Volodymyr Zelenskyy
Volodymyr Zelenskyy

İkinci turda seçicilər siyasətçilərə lağ etməklə şoubiznes karyerası qurmuş Zelenskyy və populyarlığı kəskin azalmış Poroshenko arasında seçim etməli olacaqlar.

“Bu gün yeni həyat başlanır, korrupsiyasız həyat”, – 41 yaşlı Zelenskyy səsvermə bitəndən sonra Kiyevdə deyib.

“Bu, böyük qələbəyə doğru ilk addımdır”, – o, jurnalistlərə söyləyib.

Özünü necə hiss etməsinə dair suala Zelenskyy “azacıq narahatam” cavabını verib.

“Mən canlı insanam. Həyat yoldaşım, dostlarım yanımdadır və bu, durumu asanlaşdırır. Bu, sadəcə böyük məsuliyyətdir. Məsuliyyəti dərk edirəm və özümü yaxşı hiss edirəm”, – Zelenskyy deyib. O, indiyədək Ukraynada islahatların sürəti, korrupsiyayla mübarizəylə bağlı ictimai narazılıqdan yaxşıca yararlanıb.

53 yaşlı Poroshenko isə ekzit-poll nəticələri açıqlanınca “eyforiyaya qapılmadığını” söyləyib.

“Bu mənə və bütünlükdə hakimiyyətə ağır dərsdir. Bu, bizim səhvlərimiz üzərində işləməyə bir səbəbdir”, – o, Kiyevdə seçki qərargahında söyləyib.
O, ekzit poll nəticələrinə də müsbət yanaşmağa çalışıb, deyib ki, Rusiya onun ikinci tura qalmasını istəmirdi.

Petro Poroshenko
Petro Poroshenko

“RUSİYANIN SSENARİSİNİ POZDUQ”

“Dostlarım, siz- ukraynalılar, biz- ukraynalılar Rusiyanın seçkinin birinci raunduyla bağlı ssenarisi pozduq, çünki onlar Poroshenko-nu ikinci turda görmək istəmirdilər”, – o deyib.

Poroshenko ölkənin Avropa Birliyi və NATO-ya inteqrasiyasına, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçılarla savaşan ordunu da möhkəmləndirməyə çalışır.

Poroshenko gənclərə səslənərək onların dəstəyini istəyib.

O, Zelenskyy-ni ölkəni təmsil etməyə münasib olmayan təmsilçi adlandırıb, özəlliklə də Rusiya Prezidenti Vladimir Putin-lə danışıqlarda.

Tymoshenko-nun seçki kampaniyası isə özlərinin ekzit-poluna əsasən onun ikinci yerə çıxdığımı iddia edib. Seçki bitəndən sonra keçirdiyi mətbuat konfransında Tymoshenko tərəfdarlarını vicdanlı səssaymanı təmin etməkdən ötrü seçki məntəqələrinə getməyə çağırıb.

58 yaşlı Tymoshenko 2004-05 illərdə qüsurlu prezident seçkisinə qarşı Narıncı İnqilabın liderlərindən olub.

Ukraynanın Daxili İşlər Nazirliyi seçki pozuntularına dair 1600-dən çox şikayət aldığını bildirib. Şikayətlər məntəqələrdə icazəsiz təbliğat aparılması, seçicilərə rüşvət vermək cəhdi və sairə ilə bağlıdır.

XS
SM
MD
LG