Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 19:11

Ukraynada 3 exit-poll ikinci turun ola biləcəyini göstərir


Petro Poroshenko (solda) və Volodymyr Zelenskyy
Petro Poroshenko (solda) və Volodymyr Zelenskyy

Ukraynada keçirilən exit-poll sorğularının nəticələrinə görə prezident seçkisində ölkədə komediya aktyoru kimi yaxşı tanınan, lakin siyasətdə debütant Volodymyr Zelenskyy səslərin çoxuna sahiblənib. Lakin o seçkinin birinci turunda qalib gəlmək üçün lazım olan sayda səsi yığa bilməyib.

Exit-pollar televiziya komediya serialında korrupsiyanı tənqid etdikdən sonra prezident seçilən müəllim rolunu oynayan Volodymyr Zelenskyy-nin real prezident seçkisində səslərin 30 faizini qazandığını göstərir.

Martın 31-də aparılan üç ayrı-ayrı exit-polların nəticələrinə görə, Zelenskyy 29.7 faizlə birinci, hazırkı prezident Petro Poroshenko 18 faizlə ikinci, keçmiş baş nazirYulia Tymoshenko isə 14 faiz səslə üçüncü yerdədir.

Əgər bu exit-poll nəticələri seçkinin həqiqi nəticələri ilə təsdiqlənərsə aprelin 21-də keçiriləcək ikinci turda Zelenskyy və Poroshenko qarşılaşmalı olacaqlar.

Ukrayna MSK-nın verdiyi son məlumata görə səslərin 10 faizi sayılıb və hazırda Zelenskyy səslərin 29.7 faizini, Poroshenko 16.9 faizini, Tymoshenko isə 13.7 faizini toplaya bilib.

***

Saat 15-dək Ukraynada keçirilən seçkidə 45 faizdən çox seçici iştirak edib

Ukraynada keçirilən prezident seçkisində yerli vaxtla saat 15-dək 45 faizdən çox seçici iştirak edib.

Bu barədə martin 31-də ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bu 2014-cü il seçkilərinin eyni dövrü ilə müqaisədə bir qədər yüksək göstəricidir.

Həmin vaxt ümumilikdə seçkidə təxminən 60 faiz seçici iştirak etmişdi.

Daxili işlər nazirliyi 500-dən çox şikayət daxil olduğunu bəyan edib. Bir sıra faktlarla bağlı cinayət işi açılıb. Amma bunlar kiçik pozuntular olduğundan, seçkinin nəticələrinə təsir etməyəcəyi gözlənir.

Seçkinin gedişini namizədlərin nümayəndələrindən başqa 2 mindən çox xarici müşahidəçi izləyir.

Ən yüksək fəallıq Dnepropetrovsk vilayətində müşahidə olunur, ölkənin qərbində isə fəallıq aşağıdır.

--

Ukraynada keçirilən prezident seçkisində yerli vaxtla saat 11-dək 16 faizdən çox seçici iştirak edib.

Bu barədə martin 31-də ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bu, 2014-cü ilin seçkiləri ilə müqaisədə təxminən eyni göstəricidir.Həmin vaxt seçicilərin yekun fəallığı təxminən 60 faiz olmuşdu.

Rəy sorğularına görə ikinci mərhələyə düşə biləcək namizədlər artıq səs veriblər.

Şəhər meri və keçmiş peşəkar boksçu Vitali Kliçko seçki məntəqəsinə velosipedlə gəlib.

Rusiyanın ilhaq etdiyi Krım yarımadası və separatçı Donetsk və Luqansk regionlarında seçki keçirilmir.

Prezidentlik uğrunda 39 namizəd mübarizə aparır.

İctimai rəy sorğularına görə, indiki prezident Petro Porosheno, şoumen Vladimir Zelenski və müxalifətdə olan “Batkivşina” partiyasının lideri və keçmiş baş nazir Yuliya Timoshenkonun qələbəyə şansları daha çoxdur.

Seçki məntəqələri yerli vaxtla axşam saat 20-də bağlanacaq.

Polisin məlumatına görə, artıq pozuntularla bağlı 150-dən çox şikayyət daxil olub və faktla bağlı cinayət işi açılıb.

Amma hələ ki, seçkilərə əngəl ola biləcək elə bir ciddi pozuntu qeydə alınmayıb.

XS
SM
MD
LG