Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 13:40

ABŞ rəsmisi İrana sanksiyalar məsələsini qaldırır


Sigal Mandelker

Birləşmiş Ştatların sanksiyalar üzrə aparıcı rəsmisi Asiyada səfərdədir, İrana təzyiqi artırmaq məsələsini müzakirə edir.

ABŞ maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini Sigal Mandelker martın 29-da Sinqapurda deyib ki, bu həftə Malayziya, Sinqapur və Hindistan rəsmiləri ilə görüşlərində Tehranla razılaşmaların risklərindən danışacaq.

“Bu ölkələrin İran rejiminin neft satışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti aldatmaqdan ötrü əl atdığı müxtəlif yolları görməsi çox vacibdir”, – o deyib.

ABŞ administrasiyası İranın neft ixracını sıfıra salmaq istəyir və idxalçılardan alışı azaltmağı tələb edir, əks halda onları sanksiyalarla hədələyir.

Vaşinqton bir neçə ölkənin öz iqtisadiyyatında problem yaşamaması üçün Tehrandan enerji məhsullarının alışını davam etdirməsinə qısa möhlət verib.

ABŞ martın 26-da İran İslam İnqilabı Keşikçiləri Qvardiyası və İranın Müdafiə Nazirliyinə ABŞ sanksiyalarını pozaraq 1 milyard dollardan artıq pul köçürmüş “irimiqyaslı şirkət şəbəkəsi”ni ifşa etdiyini bildirib.
Vaşinqton həmin şəbəkənin tərkib hissəsi hesab etdiyi 25 fərdə və quruma yeni sanksiyalar elan edib.

XS
SM
MD
LG