Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:18

BBC Poroshenko-ya kompensasiya ödəyəcək


BBC-nin binası

BBC Ukrayna Prezidenti Petro Poroshenko-ya ötən il dərc olunmuş “qeyri-korrekt” məlumata görə kompensasiya ödəməyə razılaşdığını bildirib.

“Yaradılan stresə görə cənab Poroshenko-dan üzr istəyirik, ona kompensasiya, məhkəmə xərclərini ödəməyə razılaşmışıq, açıq məhkəmədə birgə bəyanatla iştirak etmişik”, – BBC martın 28-də vebsaytında bildirib.

Ancaq ödəniləcək kompensasiyanın məbləği açıqlanmayıb.

Ötən ilin mayında BBC-nin vebsaytında dərc olunmuş məqalədə iddia olunurdu ki, ABŞ və Ukrayna prezidentləri arasında görüşü uzatmaq üçün Donald Trump-ın keçmiş vəkili Michael Cohen-ə 400 min dollar verilib.

Söhbət 2017-ci ilin iyunundan Ağ evdə keçirilən görüşdən gedirdi.

Poroshenko bu məlumata görə BBC-ni məhkəməyə vermişdi. O, martın 31-də prezident seçkisində namizəddir.

XS
SM
MD
LG