Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 07:14

Palata dövlət komitəsini yoxladı, nəticəsi...


Hesablama Palatası

Azərbaycan Hesablama Palatasının Kollegiya iclasında 2016-cı ilin əvvəlindən 2018-ci ilin yarısına qədər Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilən auditin nəticələri müzakirə edilib.

Bu barədə Palatanın bu gün, martın 28-də yaydığı məlumatda bildirilir.

Audit ilə ümumilikdə 13021.5 min manat vəsait əhatə olunub.

Açıqlamaya görə, auditlə müəyyən edilib ki, dövlət büdcəsindən Komitənin aparatının saxlanılmasına ayrılan vəsaitlərin icrası zamanı əsas olmadan bəzi işçilərə mükafat ödənilib, vaxtından əvvəl əməkdaşlara ixtisas dərəcəsi verilib. «Vergi Məcəlləsinin tələbləri pozularaq işçilərin aylıq gəlirindən bir neçə dəfə azadolmalar və güzəştlər tətbiq edilməklə az gəlir vergisi tutulub. Komitənin məsul şəxslərinə artıq ezamiyyə xərcləri ödənilib», - açıqlamada qeyd olunur. Hesabata görə, əsas olmadan ezamiyyə günləri və ezam olunan işçilərin sayı artırılaraq əlavə büdcə vəsaiti sərf edilib.

Hesabatda yazılıb ki, beynəlxalq tədbirlərin keçirilməsi zamanı bəzi şəxslərin aviabilet, mehmanxana xərcləri, habelə xarici ezamiyyə xərcləri üzrə gündəlik normadan artıq vəsait ödənilib.

Palata bildirir ki, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.

Auditin nəticələri barədə Milli Məclisə də məlumat təqdim edildiyi bildirilir.

Amma, hələlik, Diasporla İş üzrə Dövlət Komitəsindən bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG